Art
Aytən Cavanşirin yeni ROMANI NƏŞR OLUNDU - FOTO
“Ayaqlarım üşüyürdü”, “Pərdələri çəkin”, “Vəkil” kitablarının müəllifi Aytən Cavanşirin “Qanun” nəşriyyatında “Qayıtmasam da, gözlə...” romanı işıq üzü görüb.
Publika.az xəbər verir ki, kitabın təqdimat mərasimi yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, romanın əsas mövzusu müharibə və terrora qarşı etirazla yanaşı, böyük sevgiyə inamdır. Əslində, sevginin böyüyü və kiçiyi olmur. O, ya var, ya yoxdur. Bu kitab hər şeyə rəğmən sədaqəti aşılayır. Kor-koranə, cahilcəsinə, qovuşacağına inanmadan gözləməyi və nəinki bunu. 320 səhifəlik kitabda o qədər çox mövzu işlənib ki, məncə, hər oxucu orada öz mövzusunu, taleyini tapacaq. Kitabdakı hadisələr Bakı ilə yanaşı, Polşa, İtaliya, Fransa, Bolqarıstan və İraqda cərəyan edir.
Əsərin qəhrəmanı Ejeni axtarışdadır. Xoşbəxtliyin nə olduğunu dəqiq bilməsə də, ona can atır. Günlərin bir günü qonaq olduğu Bakıda əntiq əşyalar dükanında onu görür və həmin gündən həyatı dəyişir. Başa düşür ki, bu yaşa qədər ali hisslərdən bixəbər yaşayıbmış. Lakin qəfil aşiq olduğu həkimin ürəyinə yol tapmağın asan olmadığı üzə çıxır. Klassik musiqi heyranı olan cərrah özünü olduqca qəribə aparır.
İlk baxışda hər kəsə qarşı biganə olan həkim əslində göründüyü kimi deyil. O, keçmişinin bu zərif qıza xələl gətirəcəyini düşünüb gəldiyi yerlərə qayıdır. Bütün hekayə də elə bundan sonra başlayır. Ayrılıqda ikən qayıtmaq istəyi yaranır. Amma bu, mümkün olacaqmı?
Dünyanın amansız gedişatının fonunda cərəyan edən sevgi hekayəsi heç kimi laqeyd buraxmayacaq...
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)








.jpg)
















.jpg)
.jpg)
