Art
“İndi qolları çırmayıb, kino çəkmək vaxtıdır” - Kino Şurasına REAKSİYALAR
Prezident İlham Əliyevin sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədi ilə Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb.
Publika.az Kino Şurasının fəaliyyəti və onun Azərbaycan kinosuna hansı töhfələri verəcəyi ilə bağlı yeni yaradılan Şuranın tərkibində yer alan, eyni zamanda Azərbaycan kinosunda böyük rola sahib şəxslərin fikrini öyrənib.
Şuranın ssenarilərin bədii-kinematoqrafik baxımdan qiymətləndirilməsi üzrə İşçi Qrupunun tərkibində yer alan teatrşünas Aydın Talıbzadə yaxın zamanda Şura ilə bağlı ictimaiyyəti məlumatlandıracaqlarını bildirib: “Kino Şurası hələ yeni yaranıb. Bu, kinomuz üçün çox yaxşı təşəbbüsdür. Yaxın günlərdə ümumi iclas keçiriləcək. İclasın tərkibində Şuranın bütün üzvləri və bütün İşçi Qrupunun tərkibi iştirak edəcək. Orada planlar və görüləcək işlər barədə müzakirə aparılacaq. Bundan sonra ictimaiyyətə geniş məlumat verə biləcəyəm”.
Ərizələrin və sənədlərin qəbulu üzrə İşçi Qrupunun tərkibində yer alan hüquqşünas Fikrin Bektaşi Prezidentin bu təşəbbüsünü dəstəklədiyini bildirib: “Kino sahəsində çalışan hər kəsə xidmət edən Şuranın yaradılması təşəbbüsünü dəstəkləyirəm və uğur arzulayıram. Bir hüquqşünas kimi deyə bilərəm ki, hər bir İşçi Qrupunun üzərinə konkret öhdəliklər qoyulub və üzvlərin hansı fəaliyyət göstərəcəyi bildiriləcək. Təşəbbüsün mahiyyəti və məqsədi qeyd olunub. Bu məqsədi dəstəkləməmək olmaz. Düşünürəm ki, bu, Azərbaycan kinosu üçün atılan ən yaxşı addımdır, kinomuza töhfələr verəcək. Bu töhfələrin arxasında da böyük nailiyyətlər ola bilər. Şura ilə bağlı geniş görüşlərimiz və iclaslarımız keçirilir. Görüləcək işlər tam dəqiqləşəndən sonra ictimaiyyətə də geniş açıqlama verəcəyik”.
Xalq artisti Ramiz Novruz isə Şuranın yaradılmasının kino sahəsində uğurlu olacağını deyib: “Bu çoxdan lazım idi. Mənə vaxtilə sual vermişdilər ki, niyə filmlər və seriallar yaxşı çəkilmir? Mən də dedim ki, insanları vaxtilə bəzi ölkələrə kino təhsili almağa göndərirdilər. Onlar oxuyub gələndən sonra çox yaxşı kinolar çəkirdilər. Bizdə də təşkilatlanma lazımdır. Hazırda kino çəkmək üçün qonorar sistemi qurulmayıb. Ümid edirəm ki, Şura istedadlı gəncləri seçərək xaricdə kino sahəsində təhsil almaq üçün göndərəcək. Kino çəkilməsi üçün daha yaxşı şərait yaradılacaqsa çox yaxşı olacaq. Bunlar hamısı qaydasına düşsə kinomuz da inkişaf edəcək. Prezident İlham Əliyev bütün bu sadaladığım problemləri qaydasına salmaq üçün Şuranı yaradıb. Bu, kinomuz üçün çox yaxşı addımdır. Əslində funksiya bundan ibarət olmalıdır. İndi artıq qolları çırmayıb, kino çəkmək vaxtıdır. Azərbaycanın da yaxşı kinoları ortaya çıxmalıdır”.
Aktyor Kamran Ağabalayev Kino Şurasının yaradılmasının çox sevindirici hal olduğunu qeyd edib : “Çox yaxşı təşəbbüsdür. Şuranın tərkibində yer alan hər kəsə, xüsusilə də Nazim Hüseynova çox inanıram. Sevindirici haldır ki, kino tənqidçisi Aygün Aslanlı İşçi Qrupunun tərkibində yer alır. Azərbaycan filmi üçün olan hər bir təşəbbüs uğurlu və xeyirli olsun. Əsas film olsun. Seçilən yol və strateji addımlar Şuranın Azərbaycan kinosuna hansı töhfələri verəcəyini göstərəcək. Biz Müşfiq Hətəmovun dövründə bir çox festivalların iştirakçısı olmuşuq. Ümid edirəm ki, Nazim Hüseynovun və Şuranın sayəsində bir o qədər festivalların şahidi olacağıq”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO