Art
Norveçdə azərbaycanlı uşaqlar "Abdulla Şaiq - 140" görüşü keçirib - FOTO
Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə uşaq ədəbiyyatının banisi, görkəmli ədibimiz Abdulla Şaiqin yubileyi ilə əlaqədar “Abdulla Şaiq - 140” adlı zoom görüş təşkil edilib.
Publika.az xəbər verir ki, görüşdə “Güllünün şeirləri” ilə uşaqların qəlbinə yol tapan, istedadlı və sevimli yazıçımız Zaur Ustac və Qax rayon C.Cabbarlı adına mərkəzi kitabxananın informasiya resurs şöbəsinin müdiri Əsli İbrahimova iştirak edib.
Görüşdə ilk olaraq uşaqlara Ə.İbrahimova tərəfindən hazırlanmış “Abdulla Şaiq -140” video-çarxı təqdim edilmiş, görkəmli şairimizin həyat və yaradıcılığı haqqında məlumat verilibdir.
İstedadlı şairimiz Z. Ustac A.Şaiqin ilk uşaq yazıçısı olduğunu, bir-birində fərqli axıcı və uşaqlar üçün maraqlı mövzularda povest, hekayə və şeirlər yazdığını bildirib.
A.Şaiqin uşaq ədəbiyyatına gəlməsindən danışan Z.Ustac bildirib ki, ədibimiz uşaqlar üçün ədəbi materialların az olduğunu gördükdə belə maraqlı, sevilən və tərbiyəvi əhəmiyyəti olan əsərlər yazıb yaratmağa başlayıb. A.Şaiq yaradıcılığından müxtəlif əsərlər səsləndirən Z.Ustac Ana dilini öyrənmək üçün, şairin yaradıcılığının çox gözəl və düzgün seçilmiş bir metod olduğunu qeyd edib.
Əsli İbrahimovada bir kitabxanaçı kimi A.Şaiq yaradıcılığının müasir gənclərimizə çatdırmağın vacib olduğunu bildirmiş və çalışdığı kitabxanada bu istiqamətdə işlərin görüldüyünü qeyd edib. Pandemiyanın bütün dünyada tüğyan etdiyi bir dövrdə Ə.İbrahimova görkəmli yazıçı, şairlərimiz haqqında müxtəlif video-çarx hazırlayaraq sosial şəbəkədə gənclərimiz və uşaqlarımız ilə bölüşür və onların ədəbi cəhətdən zənginləşməsinə kömək edir.
Ə.İbrahimova tədbirin davamında A.Şaiqin ədəbi zənginliyi ilə fərqlənən müxtəlif əsərləri ilə uşaqlarımızı tanış edib, Ana dilimizi öyrənməyin vacibliyini vurğulayıbdır.
Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Cəfərovanın şagirdi Aylan Süleymanlı görüşümüzə qoşulmuşdur. Aylanın söylədiyi “Xoruz” şeir uşaqlarımız tərəfindən maraqla qarşılanmış və aralarında fikir mübadiləsi olubdur.
Uşaqlarımız həmişə olduğu kimi görüşümüzdə fəallıq göstərmiş, mahnı, şeir söyləmiş və qonaqlarımıza maraqlı suallar veriblər.
Tədbirdə iştirak edən Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri:
Aida xanım Ramberg
Ənvər Ramberg
Həmid Əli
Elsay Şekari
Fərid Muradov
Altay Bagheri
Sabina Ramberg
Şanay Şekari
Sabina Luisa Hidayati
Selina Alvand Vahed, Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin şagirdi Aylan Süleymanlı və Bakı şəhəri Arif Hüseynzadə adına tam orta məktəb-liseyin şagirdi Tuncay Şəhrili “Abdulla Şaiq – 140” yubiley DİPLOMları ilə təltif olunublar.
Arzu Rzayevanın rəhbərliyi ilə Ana dili dərsimizdə çox maraqlı keçmiş, uşaqlarımız yeni, hərf, söz, rənglər , güllər və rəqəmlər öyrəniblər. Onlar fikirlərini Ana dilində müxtəlif cümlələrlə ifadə ediblər.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ





































