Osloda Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüş - FOTO
Bizi izləyin

Art

Osloda Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüş - FOTO

Osloda Həftəsonu Məktəbinddə - “Mənim dilim-Ana dilim” layihəsi çərçivəsindı növbəti görüş keçirilib.

Publika.az
xəbər verir ki, qonaqlar xalq şairi, istiqlal və şərəf ordeni ilə təltif olunmuş Nəriman Həsənzadə və əməkdər incəsənət xadimi, şöhrət ordeni ilə təltif edilmiş, nəğməkar şair Baba Vəziroğlu olub.

Tanınmış və sevilən şairlərimizin ifasında birbirindən mənalı, vətənpərvər ruhlu, gözəl şeirlər səslənib və Ana dili haqqında fikir mübadiləsi olub.

Xalq şairi Nəriman Həsənzadənin 90 illik yubileyi münasibəti ilə şagirdlərimiz, müəllimə, valideyn və qonaqlarımız onu təbrik edib və şairin Azərbaycan poeziya tarixində əvəzolunmaz rolu olduğunu bildiriblər. Yazdığı hər bir şeirdə zəngin bədii üslubla yanaşı, Ana dilini düzgün və səlist bir formada oxuculara təqdim edən N.Həsənzadə yaradıcılığı hər zaman sevilib və seviləcəkdir.

Nəriman Həsənzadənin şeirlərinin ölkəmizin hüdudlarından kənarda sevilməsinin əsas səbəbi şairin dilinin axıcılığı,sadəliyi və seçdiyi mövzuların oxucuların qəlbinə yaxın olmasıdır.

Şairin şeirlərinin Norveçdə də sevilməsinin əsas səbəbi Nəriman müəllimin şəxsiyyətindəki səmimiliyin onun yaradıcılığına təzahürüdür. N.Həsənzadə görüşdə çox sevilən “Nərdivan” şeirini və “Nuru Paşa” poemasından bir hissəsini və başqa bir sıra şeirlərini şagirdlərimiz üçün səsləndirib və dünyanın hər bir yerində Ana dilinin öyrənilməsinin, uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıb.

Nəğməkar şair Baba Vəziroğluda görüşüə qatılıb və Osloda Ana dili məktəbinin fəaliyyətinin diqqətəlayiq olduğunu bildirib. Nəriman Həsənzadə ilə birlikdə görüşdə olduğundan məmnun qalan

B.Vəziroğlu yaradıcılığında Nəriman müəllimdən bəhrələndiyini bildirib. B.Vəziroğlu yaradıcı insanların əsas həyat amalının yazıb yaratmaq və oxuculara dəyərli ədəbi əsərlər təqdim etmək olduğunu bildirib və görüşdə hər birimizn sevə-sevə dinlədiyimiz “Heç nə istəmirəm”, “Ömrün fəsilləri”, “Xatirədir” şeirlərini səsləndirib. B. Vəziroğlunun şeirlərindəki düzgün söz, ifadə və obraz seçimi şairin yaradıcılığını sərhədsiz edir və dünyanın hər yerində sevilir.

Məktəbin Ana dili müəlliməsi Arzu Rzayeva yaradıcılıqlarına vurğun olduğu Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüşün şagirdlərimiz üçün çox dəyərli olduğunu bildirib.

A.Rzayeva qeyd edib ki, hər iki şairin yaradıcılığındakı vətən,ana və dil sevgisi şagirdlərimizi ana dilimizlə yanaş, ədəbi dilimizidə öyrənməyə həvəsləndirəcəkdir.

Şagirdlərimiz dəyərli şairlərimizdən ilham alaraq şeirlər söyləyib və qonaqlarımıza suallar veriblər.

Qeyd edək ki, Yevlax rayonu Nizami Gəncəvi adına Malbinəsi tam orta məktəbindən görüşə qoşulmuş ibtidai sinif müəlliməsi İnarə Cəfərovanın və onun şagirdləri Aylan Süleymanlının və İnci Əliyevanın maraqlı çıxışları və söylədiyi şeirlər tədbir işritakçıları və şagirdlərimiz tərəfindən maraqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm