Art
“Sabir Rüstəmxanlı üçün yaz” müsabiqəsinin qalibləri müəyyənləşdi - SİYAHI
Xalq şairi Sabir Rüstəmxanlının 75 illiyinə həsr olunmuş “Sabir Rüstəmxanlı üçün yaz” adlı yazı müsabiqəsi yekunlaşıb.
“Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən müsabiqədə #rüstəmxanlıüçünyaz, #sabirrüstəmxanlı75 həştəqlərindən istifadə edilərək, sosial şəbəkələrdə (“Facebook”, “Twitter”, “Instagram”) edilən paylaşımlar araşdırılıb.
10-21 may 2021-ci il tarixləri arasında keçirilən müsabiqədə 289 nəfər #rüstəmxanlıüçünyaz, 453 nəfər isə #sabirrüstəmxanlı75 həştəqindən istifadə edib. Ümumilikdə, yarışda 742 nəfər iştirak edib. 742 nəfərdən 245-i hər iki həştəqdən öz paylaşımlarında istifadə ediblər. Seçim zamanı yalnız ümumi açıq (public) paylaşımlardan istifadə olunub.
İştirakçıların 581 nəfəri Sabir Rüstəmxanlı yaradıcılığından nümunələr və ya xalq şairi ilə xatirə şəkillərini paylaşıblar.
Paylaşımların 459-u “Facebook”, 185-i “Twitter”, 98-i isə “Instagram” istifadəçilərinə məxsusdur.
Yazı müsabiqəsində istifadə olunan həştəqlər Sabir Rüstəmxanlının doğum günündə – 20 mayda “Davam” Gənclər Hərəkatının üzvlərinin dəstəyi ilə “Twitter”in Azərbaycan seqmentinin trend siyahısında ilk sıralarda yer tutub.
Müsabiqəyə öz iştirakları ilə güc qatan dəyərli ziyalılarımız Əlövsət Ağalarov, Tənzilə Rüstəmxanlı, Məlahət Qurbanova, Anar Yusifoğlu, Əli Hacı, Nəzirməmməd Zöhrablı, Malik Balaşov, Aygün Quliyeva, Zemfira Salmanova, Elçin Zahiroğlu, Elməddin Behbud və Həbib Misirova öz təşəkkürümüzü bildiririk.
“Sabir Rüstəmxanlı üçün yaz” Müsabiqəsinin qalibləri:
1. Aysel Xanlarqızı
2. Bünyamin Bünyadzadə
3. Nurlan Cəfəri
Həvəsləndirici mükafatçılar:
1. Ərturqut Şərəfxanlı
2. Turə Rəcəbova
3. Mikayıl Mirzəzadə
4. Şəbnəm Nuriyeva
5. Aygün Hüseynova
Qeyd edək ki, iyun ayında qaliblərə xalq şairinin iştirakı ilə mükafatlar təqdim olunacaqdır.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur











.png)
























.jpg)
.jpg)

