Art
Rəfiqə Axundovaya “Şöhrət” ordeni təqdim edildi - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin 6 avqust 2021-ci il tarixli Sərəncamı ilə görkəmli baletmeyster, Xalq artisti, Prezident təqaüdçüsü Rəfiqə Hacı qızı Axundova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, mədəniyyət naziri Anar Kərimov sənətkarı evində ziyarət edərək ordeni ona təqdim edib. Nazir xoş arzularını bildirib, cansağlığı, uzun ömür arzulayıb.
R.Axundova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, baş baletmeysteri olub. Sənətkar teatrın solisti kimi dünya və Azərbaycan balet sənətinin bir çox nümunələrində mürəkkəb partiyaları böyük uğurla ifa edərək geniş tamaşaçı rəğbəti qazanıb. O, yaradıcılıq fəaliyyəti boyunca, həmçinin Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə çalışıb, ölkəmizi dünyaya tanıdıb, milli xoreoqrafiya sənətini layiqincə təbliğ edib. Rəfiqə Axundovanın həyat yoldaşı, Xalq artisti Maqsud Məmmədov ilə birgə quruluş verdiyi dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri ən nüfuzlu teatr səhnələrini bəzəyən gözəl sənət əsərlərinə çevrilib.

-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)








.jpg)
















.jpg)
.jpg)
