Art
Qələbəmizə həsr olunmuş bədii filmin çəkilişləri başa çatdı - FOTO
“Narimanfilm” kinostudiyası “Doğma torpaq” tammetrajlı bədii filminin çəkilişlərini başa çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə filmin rejissoru İlqar Safat və baş rolda çəkilən model Rüstəm Cəbrayılov məlumat verib. Rejissorun sözlərinə görə, layihənin çəkilişləri bir il davam edib:
“Ekran işinin çəkilişləri Bakı, Qobustan, Qax, Zaqatala, Quba, Bərdə və işğaldan azad edilmiş torpaqlarımızda aparılıb. Bu genişmiqyaslı layihədə mindən çox insan iştirak edib. Film Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına, şəhidlərin mübarək xatirəsinə həsr olunub.
Bu, 80-ci illərin əvvəllərindən sovet dönəmini, minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından qovulması, Qarabağın və Azərbaycanın ona bitişik rayonlarının erməni təcavüzkarları tərəfindən işğalı, Xocalıda törədilmiş soyqırımını əhatə edən bir hekayədir. Filmdə 30 ildən sonra nəhayət ki, Qarabağın işğaldan azad olunması da əks etdirilib. Layihənin əsas qəhrəmanı isə erməni təcavüzü zamanı kəşfiyyatçıya çevrilən qarabağlı bir meşəbəyidir”.
Hazırda filmin montajı üzərində iş gedir. Premyeradan sonra əsərin beynəlxalq film festivallarında təqdim edilməsi planlaşdırılır.
Baş rollarda Xalq artistləri Hacı İsmayılov, Mabud Məhərrəmov, həmçinin Alina Vorontsova (Rusiya), Rüstəm Cəbrayılov, Orxan Abbasov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Yaroslav Trifonov, Əjdər Abbaseyna və başqaları çəkilib.
“Doğma torpaq” filmi Mədəniyyət Nazirliyi və digər şirkətlərin birgə istehsalı ilə ərsəyə gəlib.
-
Hadisə18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin217:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var
-
Magazin214:28Məşhur rus aktyoruna alkoqol qadağası qoyuldu
-
Yaxın Şərq14:08İsraildə terror oldu: Ölən və yaralananlar var







.jpg)































