Art
Onlarla alim Bakıya toplaşır
Nizami Gəncəvi Beynəlxalq Forumunda Türkiyə və Özbəkistan mədəniyyət nazirləri, o cümlədən 30-a yaxın ölkəni təmsil edən alimlər iştirak edəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.
E.Əliyev bildirib ki, 3 gün davam edəcək forumda xaricdən gələn alimlər Nizami Gəncəvinin onların ölkəsində idarəçiliyin və ədəbi janrın formalaşmasına olan təsirindən danışacaqlar: "Forumu keçirməkdə məqsədimiz Nizami Gəncəvinin əhatə dairəsini göstərmək, onun böyük bir bölgədə ədəbi-fəlsəfi fikrin formalaşmasında müstəsna rol oynadığını vurğulamaqdır".
xxx
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) keçiriləcək.
Publika.az xəbər verir ki, tədbir 24-26 noyabr tarixlərini əhatə edəcək.
Nizami Gəncəvi Beynəlxalq Forumu mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır. Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulur.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






