Art
"Sarvansız zamanlar" işıq üzü gördü
Azərbaycan Yazıçılar Birliyinim və Rusiya Yazıçılar İttifaqının üzvü, dosent Sadıq Qarayevin üçüncü kitabı - "Sarvansız Zamanlar" işıq üzü görüb.
Publika.az xəbər verir ki, kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəylidir. Professor İsmayıl Kazımov kitaba rəy verib. Kitab 472 səhifədən ibarətdir. “Sarvansız zamanlar” Sadıq Qarayevin üçüncü əsəridir. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar” və “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv janrda yazılmış iri həcmli romanlar olub. “Sarvansız zamanlar” kitabında altı fəsildən ibarət, müxtəlif janrlarda yazılmış əsərlər yer alıb.
Birinci fəsil hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu baxımından yeniliklər yarada bilib. Müəllifin “Bir yazı yazmaq istəyirəm”, “Mövcudluq şükranlığı” esseləri poeziyanın nəsrlə vəhdətinin nümunəsidir. İkinci fəsil müəllifin müxtəlif elmi, fəlsəfi və ictimai düşüncələri bədii təxəyüllə təsvir edən yazıları, III fəsildə sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer alıb.
Dördüncü fəsildə Sadıq Qarayevin müsahibələri və publisist məqalələri yer alıb.
“44 gün” adlanan V fəsil isə Qarabağda tarixi qələbəmizə həsr edilib. Buradakı “And”, “Aləmlərin söhbəti”, “Zoriyə gecikmiş məktub” yazıları üslub, məna və milli dəyərlər baxımından tariximizə, bu günümüzə və qələbəmizə, bayrağımıza, vahid azərbaycançılıq məfkurəsi nöqtəsindən mənalı və əhəmiyyətlidir. VI fəsildə müəllifin müxtəlif vaxtlarda yazdığı şeirlər yer alıb.
Sadıq Qarayevin “Sarvansız zamanlar” kitabında oxuculara təqdim olunan elmi və bədii əsərləri nəticə etibarilə ölkəmizdə xalqımızın müstəqillik dövrünün çətinliklərindən, müharibə sınaqlarından uğurla çıxa bilməsinin əsas səbəbinin gənc dövlətimizin qüdrətli və uzaqgörən sükançılarının olması ilə əlaqələndirilib. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






