Art
Ruhi Əliyeva Fransa səfirinə Xarıbülbül tablosu HƏDİYYƏ ETDİ - FOTO
Fransanın Azərbaycandakı səfirliyində qadınlara qarşı gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq münasibəti ilə tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib.
O, qadınların psixoloji, fiziki zorakılıqlara məruz qaldığını, iqtisadi qeyri-bərabərliklə, hökumətdə təmsilçiliklə bağlı məhdudiyyətlərlə üzləşdiklərini vurğulayıb: “ Fransa və Azərbaycan hökumətləri də gender əsaslı ayrı-seçkiliklə mübarizə, qadınlara qarşı zorakılığın qarşısını almaq üçün bir sıra işlər görüb və bu istiqamətdə fəaliyyət davam etdiri. Qarşıda görüləsi işlər çoxdur. Zorakılığa məruz qalan qadınların səsi eşidilməli, onlar susdurmamalıdır. Onlar üzləşdikləri problemləri açıq şəkildə söyləməkdən qorxub çəkinməməlidirlər. Bu istiqamətdə statistik məlumatlar toplanmalı, tədqiqatlar aparılmalı, təqdim olunmalıdır”.
"Qadınlara qarşı zorakılığa son" adı altında baş tutan tədbirdə qonaqlar sırasında tanınmış iş xanımı, “Liatris Holding”in rəhbəri, Azərbaycanda “Qadına şiddətə son!” layihəsinin təşəbbüskarı Ruhi Əliyeva da olub. Ruhi Əliyeva Şuşanın simvolu hesab edilən Xarıbülbülün təsvir olunduğu xüsusi əl işi tablosunu səfir Zakari Qrossa hədiyyə edib.
Hədiyyəyə görə minnətdarlığını dilə gətirən səfir, Xarıbülbülü Qarabağın gülü adlandırıb.
Tədbirdə çıxış edən Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Azərbaycanda qadınların gender əsaslı zorakılığına qarşı mübarizə çərçivəsində müəyyən işlər görülsə də, bunun kifayət etmədiyini vurğulayıb: “Hazırda Bakı ilə müqayisədə Azərbaycanın regionlarında vəziyyət daha çətindir və hətta bu hallar gündəlik həyata inteqrasiya edərək normaya çevrilib. Qadınlara qarşı ayrı-seçkilik halları müxtəlif səviyyələrdə - individual, icma səviyyəsində özünü göstərir, onlar təmsilçilikdə məhdudiyyətlərlə üzləşirlər”.
Tədbirə həmçinin Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, tanınmış fotoqraf Reza Diqqəti də qatılıb.
Rəsmi hissədən sonra isə iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.png)
.jpg)






















.jpg)

.jpg)