Art
Barak Obama "Emmi" mükafatının qalibi oldu
ABŞ-ın keçmiş prezidenti Barak Obama bir gün əvvəl "Emmi" mükafatını qazanıb.
Publika.az xəbər verir ki, bu, barədə Amerika Televiziya Elmləri və İncəsənət Akademiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Obama "Böyük Milli Parklarımız" (2022) sənədli serialının yaradılmasında iştirakına görə “Görkəmli Hekayəçi Mükafatı 2022” mükafatını qazanıb.
Belə ki, Amerikanın keçmiş prezidenti "A World of Wonder" adlı serialın ilk seriyasının səslənməsinə görə "Emmi" mükafatına layiq görülüb. Ümumilikdə serial beş epizoddan ibarətdir və planetin milli parklarından və onların canlı təbiətindən bəhs edir.
"Emmi" Mükafatları 70 ildən çoxdur ki, Amerika Televiziya İncəsənəti və Elmləri Akademiyası tərəfindən verilir. Hazırda mükafat ABŞ-da televiziya sahəsində əsas Amerika mükafatıdır.
Obama daha əvvəl "Atamın xəyalları" və "Ümidin cəsarəti" adlı xatirələri üçün audiokitablar yazdırdığı üçün "Qremmi" mükafatı alıb.
Bundan əvvəl, 2020-ci ildə Mişel Obamanın ən yaxşı nitq albomu nominasiyasında "Qremmi" qazandığı bildirilirdi.
Hüseyn İbadlı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?















.webp)






















