Art
Xalq artistinin səhhəti yenidən pisləşdi
Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib.
Publika.az xəbər verir ki, bu barədə Report-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, aktyordan ikinci dəfə götürülən COVID-19 testinin nəticəsi də pozitiv çıxıb:
"Hazırda atamın vəziyyəti o qədər də yaxşı deyil. Sentyabrın 2-də atamdan götürülən koronavirus testinin nəticəsi pozitiv çıxdı. Saturasiyası normal olsa da, bəzən oksigen çatışmazlığı ilə üzləşir. Təzyiqi və şəkər səviyyəsi normadan aşağı düşüb. Vəziyyətinin özünə gəlməsi üçün hələ ki, təzyiq və şəkərin səviyyəsi normal həddə gətirilməlidir. Koronavirus testinin nəticəsi neqativ çıxdıqdan sonra isə maqnit rezonans tomoqrafiya (MRT) müayinəsindən keçməlidir".
Aktyor hazırda evindədir.
Qeyd edək ki, xalq artisti Ənvər Həsənov bir neçə gün öncə müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
Qatırladaq ki, bir müddət əvvəl səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilmişdi. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan daha əvvəl koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.
72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?





































.jpg)



