Art
Kukla Teatrında nə baş verir? - VİDEO
Mədəniyyə Nazirliyinin müvafiq əmrinə əsasən, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında noyabrın 21-dən etibarən yoxlamalara başlanılıb. Yoxlamanın nə zaman yekunlaşacağı isə hələlik məlum deyil.
Publika.az xəbər verir ki, "Baku" TV-nin əməkdaşı məsələnin nə yerdə olduğunu öyrənmək üçün Kukla Teatrına üz tutub.
Teatrın sözçüsü Həmidə Rüstəmova mövzu ilə bağlı açıqlama verib:
“Bizi narahat edən məqam yoxlamanın vaxtının uzadılmasıdır. Yəqin bu, onların iş qrafikinə, yaxud iş templərinə görədir. Dünən kütləvi informasiya vasitələrində belə bir informasiya dolaşdı ki, yoxlamanın müddəti uzadılıb, əlavə mütəxəssislər cəlb olunub. Məlumat üçün deyim ki, nə vaxtın uzadılması, nə də əlavə mütəxəssislərin cəlb edilməsi ilə bağlı bizə əlavə əmr gəlməyib”.
Mədəniyyət Nazirliyinin sözçüsü Nuridə Allahverdiya da məsələyə münasibət bildirib:
“Kukla Teatrında Mədəniyyət Nazirliyi tərəfindən aparılan yoxlamalarda ajiotaja səbəb olacaq hər hansı bir məqam görmürük”.
Qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimovun noyabrın 18-də imzaladığı əmrlə Kukla Teatrında yoxlama başlayıb. Yoxlamanın noyabrın 25-də bitəcəyi gözlənirdi.
Daha ətraflı süjetdə:
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır







.jpg)





























