Avropa
Putin-Tramp görüşündə ŞOK RAZILAŞMA OLACAQ: Ölkə iki hissəyə bölünəcək və... - VİDEO
Rusiyanın Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski növbəti dəfə Ukrayna ilə bağlı təhlükəli bəyanatla çıxış edib.
Publika.az xəbər verir ki, “Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunun qonağı olan Jirinovski Rusiyanın zamanla Krım ssenarisi üzrə Ukraynanı tamamilə udacağını bildirib.
Bundan başqa, onun sözlərinə görə, Ukraynaya maliyyə dəstəyi üzrə məsuliyyətdən yaxa qurtarmaq üçün ABŞ Rusiyanın bu hərəkətini dəstəkləyəcək. Həmçinin Jirinovski əminliyini ifadə edib ki, Vaşinqton Kremlə qarşı durmağa qərar verməyəcək, çünki belə müharibə ona çox baha başa gələcək.

“Amerika prezidenti Donald Tramp Moskva ilə sazişə gedəcək və Rusiyaya qərb regionlarından başqa, Ukrayna ərazisinin çox hissəsini tutmağa imkan verəcək. Ukrayna bizim təsir zonamızdır. Və bütün Ukrayna Krım variantı üzrə Rusiyanın tərkibinə girəcək. Ukrayna onları bezdirib. Mən sizi inandırıram ki, Ukraynanı ruslara vermək onlar üçün daha yaxşıdır. Onlar təkbətək görüşdə (Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Tramp iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər –red.) razılaşacaqlar, bu, Ukraynanın bölünməsidir. “Novorossiya” (Ukraynanın Xarkov, Donetsk, Luqansk, Herson, Nikolay və Odessa vilayətlərində yaradılması nəzərdə tutulurdu. 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyindən sonra gündəmə gətirilən layihə iflasa uğrayıb –red.) Rusiyanın tərkibinə, Lvov qoy NATO-ya, Avropa İttifaqına, istənilən yerə gəlsin”, - Jirinovski yekunlaşdırıb.
Ömər Dağlı
-
Hadisə02:42Xəzər dənizində zəlzələ baş verdi
-
ABŞ02:12Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür
-
Qoroskop00:15Günün ULDUZ FALI
-
Magazin100:00"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Ekologiya29 Sentyabr 23:36Naxçıvana ilk qar yağdı - VİDEO
-
Magazin229 Sentyabr 23:24Yaraşıqlı kişilərdə görün nələr çatışmır - Təşkilatçılar qadınlardan yardım istədilər
-
Nəqliyyat29 Sentyabr 22:48"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
İdman29 Sentyabr 21:48"Barselona", "Real Madrid" və PSJ onun uğrunda mübarizə aparacaq

































.jpg)