Avropa
Rusiyaya qarşı YENİ MÜHARİBƏ MEYDANI: Lavrov Qərbin planlarını açdı
Qərb Balkan regionunu inadla Rusiyaya qarşı daha bir müharibə meydanına çevirmək cəhdlərinə təşəbbüs edir.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Serb teleqrafı” qəzetinə müsahibəsində bildirib.
Nazir xatırladıb ki, Qərb “soyuq müharibə” bitdikdən sonra Avroatlantik məkanda bərabər və bölünməz təhlükəsizlik arxitekturasının formalaşması üzrə birgə işdən imtina etdi.
“Bunun əvəzinə, Qərb ölkələri Avropa qitəsində yeni bölücü xətlərin yaradılmasını seçdi. Məsələn, 1999-cu ildə beynəlxalq hüququ kobud şəkildə pozaraq iki ay yarım ərzində Yuqoslaviyanı bombaladılar və sonra təcavüzü qanuniləşdirmək üçün birtərəfli qaydada müstəqilliyini elan etmiş Kosovonun müstəqilliyini tanıdılar”, - Lavrov deyib.
Onun sözlərinə görə, 2014-cü ilin fevralında Kiyevdəki dövlət çevrilişi anti-Rusiya siyasətinin tərkib hissəsi idi.
“Təəssürat formalaşır ki, Qərbdə Ukrayna faciəsindən dərs götürməyiblər. Bu gün inadla Rusiyaya qarşı daha bir müharibə meydanını Balkanlarda yaratmağa cəhd göstərirlər. Region ölkələrindən israrla seçim etməyi tələb edirlər: ya Moskva, ya da Vaşinqtonla və Brüssel”, - diplomat deyib.
Ömər
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO

























.jpg)







.jpg)

.jpg)