Avropa
Rusiya üçün QORXULU SSENARİ: Vaşinqtondan sonra Kiyev…
Amerika və Avropa limanlarını Rusiya gəmiləri üçün bağlamalıdır.
Publika.az xəbər verir ki, bu haqda “Fox News” telekanalına müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
O qeyd edib ki, Rusiya Kerç boğazında gəmilərin azad hərəkətini bloklayır və bu, Ukrayna üçün ciddi iqtisadi nəticələr yaradır.
“Bu vəziyyətdə Rusiya gəmilərinin Avropa və Amerika limanlarına girişi qadağan edilməlidir”, - prezident deyib.
Dövlət başçısı əlavə edib ki, Kiyev öz partnyorları ilə bu məsələdə hərəkətlərin koordinasiyasına hazırdır.
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Amerikanın Səsi” radiosuna bildirib ki, ABŞ-ın Avropa müttəfiqləri Krım və ya Azov dənizindən çıxan Rusiya gəmilərinə Avropa limanlarına girməyi qadağan edə bilər. Volkerin sözlərinə görə, belə təkliflə yaxın vaxtlarda Almaniyanın hakim Xristian-Demokrat İttifaqının birinci katibi Anneqret Kramp-Karrenbauer (Almaniya kansleri Angela Merkelin varisi ola bilər –red.) çıxış edib.
Ömər Dağlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)