Avropa
Rusiya üçün NÖVBƏTİ ŞOK: Danimarka "Şimal axını-2"yə qarşı çıxır
“Moody”s” bildirib ki, Danimarkanın ekoloji standartlarla bağlı tələbi “Şimal axını-2” layihəsinə ciddi əngəl ola bilər.
Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Moody”s” beynəlxalq reytinq agentliyinin Rusiya və MDB ölkələrinin neft-qaz sektoru üzrə aparıcı analitiki Denis Perevezentsev bildirib. Onun sözlərinə görə, ötən həftə Danimarka Energetika Agentliyinin “Nord Stream 2 AG” şirkətindən Bornholm adasının cənubundakı iqtisadi zonada qaz kəmərinin ekologiyaya təsiri ilə bağlı hesabat istəməsi sözügedən layihənin vaxtında başa çatdırılması üçün ciddi maneə yaradacaq. Həmin zona adanın cənubunda və Danimarkanın ərazi sularında yerləşir.
Beləliklə, “Şimal axını-2” layihəsinə ikinci alternativ marşrut seçmək təklif edilib. Analitik reytinq şirkəti hesab edir ki, bu tələb “Qazprom” üçün mənfi amildir və qaz kəmərinin nəzərdə tutulan müddətdə istifadəyə verilməsini sual altında qoyur. Plana görə, “Şimal axını-2” boru xəttinin cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulurdu.
Ekspert bildirib ki, yeni marşrutun seçilməsi bir neçə ay davam edə bilər. Bundan başqa, Danimarka sularında boru kəmərlərinin çəkilməsi də iki-üç ay vaxt aparacaq. D.Perevezentsev hesab edir ki, istifadəyə verilmə müddətinin gecikdirilməsi tranzit üzrə danışıqlarda “Qazprom”un mövqeyini zəiflədəcək. O əlavə edib: “Yeni tələblər təbii qazın Ukrayna ərazisindən tranziti öhdəliklərini illik 40-50 milyard kubmetr artıra bilər. Bu, əvvəllər nəzərdə tutulduğundan (10-15 milyard kubmetr) xeyli çoxdur. Nəticədə tranzit xərcləri “Şimal axını-2” marşrutu ilə planlaşdırılandan daha yüksək olacaq”.
“Şimal axını-2” illik 55 milyard kubmetr qazın nəqlini həyata keçirəcək boru kəmərinin Baltik dənizi ilə çəkilməsini nəzərdə tutur. Boru xətti Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın ərazi və ya müstəsna iqtisadi zonalarından keçməlidir. Adıçəkilən ölkələrdən yalnız Danimarka tikinti işlərinin aparılmasına icazə verməyib.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
















.jpg)


















.jpg)


