Avropa
Makron “sarı jiletli”lər qarşısında geri çəkildi
“Sarı jiletli”lərin tələbləri qarşısında geri çəkilən Fransa prezidenti Emanuel Makron təqaüdləri artıracağı ilə bağlı qərar verib.
Publika.az xəbər verir ki, bu aksiyalara son qoymaq üçün irəli sürülən tələblərə cavab vermək üçün “milli müzakirələr” təşkil edilib. Bu müzakirələrdən sonra Makron bir sıra qərarlar qəbul edib. O, “sarı jiletli”lərin tələblərinə uyğun bəzi dəyişikliklər ediləcəyini açıqlayıb.
Ölkədə son iki ildə aparılan yenidənqurma işlərinin doğru istiqamətdə olduğunu deyən Makron “sarı jiletli”lərin hərəkatında dərin bir ədalətsizlik duyğusunun olduğunu deyib. Onun sözlərinə görə, ölkədə səsvermənin məcburi olması barədə tələb problemləri həll etməyəcək. Xalqın referenduma getməsi üçün 4.5 milyon yox, sadəcə 1 milyon səs lazımdır. Makron bildirib ki, 2022-ci ilə qədər bələdiyyə sərdlərinin razılığı olmadan şəhərlərdə xəstəxana və məktəblər bağlanmayacaq. O, işləyən vətəndaşların ödədiyi gəlir vergisinin də azaldılacağını bildirib.
Şirkətlər də bəzi vergidən azad olacaq. İbtidai siniflərdə bir sinifdə şagird sayı 24-dən çox olmayacaq.
Həmçinin Makron 2 min avrodan az pensiya alanlarla bağlı tədbir görüləcəyini, təqaüdlərin məbləğinin ən azı min avro olacağını açıqlayıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur














.jpg)





















.jpg)
.jpg)

