Avropa
Rusiya ilk beşliyə düşmədi, Türkiyə... - Dünyanın hərbi xərcləri barədə ŞOK STATİSTİKA
2018-ci ildə dünyada hərbi xərcləri 1,8 trilyon dollar təşkil edib və bu, əvvəlki ilin göstəricisindən 2,6 faiz çoxdur.
Publika.az xəbər verir ki, bu haqda Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutu (SİPRİ) illik məruzəsində deyilir.
Tədqiqatın məlumatına görə, 2018-ci ildə dünyanın hərbi xərcləri 1988-ci ildən yüksək səviyyəyə çatıb. SİPRİ-nin hesablamalarına görə, hərbi xərclər bütovlükdə ümumdünya ümumi daxili məhsulun 2,1 faizindən çoxunu təşkil edib. Bu, orta hesabla adambaşı 239 dollara ekvivalentdir.
Dünyada ən böyük hərbi xərcləri olan ilk beşliyə ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa girib. Onların payına dünyanın hərbi xərclərinin 60 faizi düşür. Beləliklə, Rusiya ilk beşlikdəki yerini itirərək 6-və yerdə qərarlaşıb. SİPRİ-nin məlumatına görə, 2018-ci ildə Rusiyanın hərbi xərcləri 61,4 milyard dollar təşkil edib. Bu, 2017-ci ildən 3,5 faiz daha azdır.
ABŞ-ın hərbi xərcləri 2010-cu ildən ilk dəfə 4,6 faiz artıb və 649 milyard dollar təşkil edib. 2018-ci ildə ABŞ-ın hərbi xərcləri onu izləyən təxminən səkkiz ölkənin hərbi xərclərinin cəminə bərabərdir.
İkinci yeri tutmuş Çinin dünya hərbi xərclərində payı 14 faiz təşkil edib. İlk 15-likdə yer alan Türkiyə ən yüksək artımla (24 faiz) diqqət çəkir.
Məruzədə həmçinin qeyd edilir ki, hərbi xərclərin artması 2018-ci ildə Mərkəzi və Şərqi Avropa ölkələrində müşahidə olunur.
“Polşanın xərcləri 8,9 faiz artaraq 11,6 milyard dollar təşkil edib. Ukraynanın xərcləri 21 faiz artımla 4,8 milyard dollar olub. Bolqarıstan, Latviya, Litva və Rumıniyanın xərcləri həmçinin 2018-ci ildə 18-24 faiz artıb”, - sənəddə qeyd edilir.
SİPRİ-nin silahlanmalar və hərbi xərclər üzrə proqramının böyük eimi işçisi Piter Vezemanın sözlərinə görə, xərclərin belə artması Rusiya tərəfindən təhdidlərin artması ilə bağlıdır.
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video




































.jpg)
.jpg)

