Avropa
Rusiyadan 16 NATO ölkəsinə hücum: 18 ay ərzində...
Rusiyanın kəşfiyyat xidmətləri 16 NATO ölkəsinin daxili infrastrukturunu və hökumət şəbəkəsini 18 ay ərzində izləyib.
Publika.az xəbər verir ki, bunu İngiltərənin Xarici işlər naziri Ceremi Hant deyib.
Londonda baş tutan NATO kiber-müdafiə öhdəlikləri konfransında çıxış edən nazir bildirib ki, Rusiya kiberhücumlarla bağlı qlobal kampaniya başladıb.
"Son 18 ayda Milli Kiber Təhlükəsizlik Mərkəzi 16 NATO üzvü, hətta ittifaqdan kənardakı ölkələrlə bu ölkələrdəki rus kəşfiyyatının fəaliyyətinə dair bilgi və qiymətləndirmə paylaşıb. Rusiya kiberhücumlar vasitəsilə Ukrayna və ABŞ-dakı seçkilərə təsir göstərməyə çalışıb. Başqa ölkənin seçki sistemini manipulyasiya etmək və nəticələrini dəyişdirmək üçün kiberhücumlar etmək beynəlxalq hüquqa ziddir. Bu fəaliyyətlər müttəfiqlərdən birinə qarşı aparılsa belə, bütün müttəfiqlərə qarşı aparılmış hesab olunur. NATO-nun 5-ci maddəsi bunu ehtiva edir və biz bu maddənin təklif etdiyi alternativləri istifadə etməyə hazırıq” -, nazir qeyd edib.
Qeyd edək ki, İngiltərə-Rusiya münasibətləri ötən il rusiyalı agent Sergey Skripal və qızının İngiltərədə sui-qəsdə məruz qalmasından sonra gərginləşib.
Zümrüd
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
