Avropa
Türkiyəyə verilməyən F-35-ləri bu ölkə alacaq - ŞOK İDDİA
ABŞ Türkiyəyə F-35 qırıcılarının çatdırılmasını ləğv edəcəyi halda, Polşa onları almaq istəyir.
Publika.az xəbər verir ki, bu haqda vəziyyətlə tanış Polşa mənbəyi “RİA-Novosti” agentliyinə bildirib.
“Polşa rəhbərliyi S-400 komplekslərinin Ankara tərəfindən alınmasına görə Türkiyə və ABŞ arasındakı münaqişəni çox diqqətlə müşahidə edir. Axı bu münaqişə F-35 beşinci nəsil ən yeni Amerika qırıcılarının Türkiyənin satışını ləğv edə bilər. Polşa demək olar ki, bu təyyarələr üçün növbədə dayanıb”, - mənbə davam edib.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib. Lakin Ankara komplekslərdən imtina etməyəcəyini bəyan edib.
Ötən həftə Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov bildirib ki, Türkiyəyə S-400 zenit-raket sistemlərinin çatdırılması iki ay sonra başlanacaq.
Uzaq məsafəli zenit raket sistemi - S-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini bildirib ki, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil olub.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

















.jpg)

















.jpg)

.jpg)
