Avropa
Daha bir Avropa ölkəsi etiraz aksiyaları ilə çalxalanır - FOTO/VİDEO
İtaliyada son dövrdə reytinqi yüksəlməkdə olan radikal sağçı Liq Partiyasının lideri Mateo Salviniyə qarşı yeni xalq hərəkatı başlanıb.
Publika.az xəbər verir ki, 4 dostun Boloniya şəhərində başlatdığı və “Sardiniyalar” adı verilən hərəkat artıq ölkə miqyasında yayılıb.
Belə ki, Salvini yanvar ayında keçiriləcək seçkilər üçün təşkil etdiyi kampaniya çərçivəsində ötən həftə Boloniyaya gedib. Adətən solçu partiyalara dəstək verən Boloniyadakı 4 dost isə Salviniyə qarşı fləşmob hazırlayıb. Salvini 5 570 nəfərlik salonda mitinq təşkil edərkən 4 dost bu sayı keçmək üçün 6 min nəfəri meydana toplamağı hədəfləyib. Sosial mediadan verilən çağırışdan sonra meydanda 12-15 min insan toplaşıb.
Hərəkat daha sonra Modena şəhərinə keçib. Yağışa rəğmən, “Piazza Grande” meydanında təşkil edilən aksiyaya 7 min insan gəlib.
İtaliyada son illərdə miqrasiyaya qarşı çıxan, milliyyətçi siyasəti ilə reytinqini sürətlə artıran Salvini hələ də anketlərdə ən çox dəstək alan lider kimi göstərilir. “Sardiniyalar” isə Salvininin qarşısıalınmaz yüksəlişi təəssüratını dağıtmaq və şəhərlərinin nifrətə, irqçiliyə təslim omasına icazə verməyəcəklərini göstərməyi qarşılarına məqsəd qoyduqlarını bildirir.
Sülh, qardaşlıq, dirəniş mesajları verilir
Heç bir siyasi partiyanın simvolundan istifadə etməməyə diqqət göstərən “Sardiniyalar” İtaliyanın anti-faşist dirənişçilərinin marşı olan "Bella ciao" mahnısını oxuyur.
Hərəkat başqa şəhərlərə də yayılmaqla fenomenə çevrilib. Florensiya, Milan və Palermo şəhərlərində də aksiyaların keçirilməsi planlaşdırılır.
“Sardiniyalar” sosial media ilə yanaşı, yerli və xarici mətbuatın da diqqətini çəkməyə başlayıb. Hərəkatın ideyaçıları minlərlə insanı bir araya gətirməyin sirrini belə açıqlayır: “İnsanların küçələrə axışmağa ehtiyacı vardı. Çox insan bunu illərdir ki, etmir. Bir mesaj vermək arzusu vardı”.
Zümrüd
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
