Avropa
3 ölkədən İranla bağlı ŞOK QƏRAR: 2 həftə ərzində...
İngiltərə, Almaniya və Fransa (A3 ölkələri) İranın Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsindəki öhdəliklərini yerinə yetirmədiyi üçün Mübahisələrin Həlli Mexanizmini işə salmağı qərarlaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə 3 ölkənin Xarici İşlər Nazirliyi birgə açıqlama yayıb.
Bildirilib ki, bu addım razılaşmanı qorumaq və problemi diplomatik yolla həll etmək məqsədilə atılıb. A3 ölkələri ABŞ-ın təzyiq tətbiqetmə siyasətinə qatılmadıqlarınnı da açıqlayıb.
Mübahisələrin Həlli Mexanizmini aidiyyəti nazirlərə hər hansı problemin həlli üçün 2 həftə müddət verir, amma tərəflərin qəbul etdiyi təqdirində bu müddət uzadıla bilər.
Birgə Hərtərəfli Fəaliyyət Planı
İran və Çin, Fransa, Almaniya, Rusiya, İngiltərə və Avropa İttifaqı arasında 2015-ci ildə Tehranın nüvə fəaliyyətinin tənzimlənməsi və nəzarətə alınması ilə bağlı imzalanıb. Lakin ABŞ prezidenti Donald Trampın vəzifəyə gəlməsindən sonra İran təktərəfli qaydada razılaşmadan geri çəkilib.
Razılaşmanın digər tərəflərindən Vaşinqtonun tətbiq etdiyi sanksiyaları ləğv etməsini istəyən, lakin bunda uğurlu ola bilməyən rəsmi Tehran 2019-cu ildə müqavilənin bəzi maddələrini, 5 yanvarda isə bütün öhdəliklərini dayandırdığını açıqlayıb.
İran sanksiyaların dayandırılması və maraqlarının təmin olunması təqdirində, yenidən razılaşmaya geri qayıdacağını da bəyan edib.
Zümrüd
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


