Avropa
Britaniya miqrasiya şərtlərini açıqladı: bu şəxslərə tətbiq olunmayacaq
Böyük Britaniya Avropa İtifaqından çıxdıqdan sonra xal əsaslı miqrasiya sisteminə keçid edəcək.
Publika.az xəbər verir ki, hökumət “Brexit”dən sonra ölkəni dünyanın ən parlaq və ən yaxşı şəxslərinə açmaq niyyətindədir.
Daxili İşlər naziri Priti Patel məsələ ilə bağlı verdiyi açıqlamada yeni sistemin 1 yanvar 2021-ci il tarixindən etibarən qüvvəyə minəcəyini söyləyib. Bunun ölkə üçün tarixi qərar olduğunu bildirən nazir Britaniyada sərbəst yaşamağa son verəcəklərini, sərhədlərini nəzarətə götürəcəklərini qeyd edib.
Patel Böyük Britaniya xalqının tələblərini diqqətdə saxladıqlarını vurğulayaraq iqtisadiyyatı və ictimaiyyəti gücləndirmək üçün dünyanın hər tərəfindən ən parlaq zəkaya və bacarığa sahib insanları cəlb etmək niyyətində olduqlarını bildirib.
Yeni sistemə əsasən, Britaniyada işləmək, yaşamaq istəyənlər Kanada və Avstraliyada olduğu kimi xallarla dəyərləndiriləcək. Avropa İttifaqı üzvü olan və olmayan ölkələrin vətəndaşları üçün eyni şərtlər tətbiq ediləcək. Müraciət edən şəxslərin ingilis dili səviyyəsi, peşəsi və təhsil kimi ünsürlər əsas prinsiplər olacaq. Kifayət qədər xal toplaya bilənlərin ölkəyə keçidinə icazə veriləcək. Elm adamları, mühəndislər və akademiklərə üstünlük veriləcək.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bütün müraciət edən şəxslər Britaniyadan iş təklifi almalı və ya iş təklifi verən qurumlar illik 25 min 600 funt-sterlinq maaş verməli olacaq.
Aşağı səviyyəli işçilər üçünsə miqrasiya sistemi tətbiq edilməyəcək.
Qeyd edək ki, 31 yanvar tarixində Avropa İttifaqından ayrılan Böyük Britaniyadakı yeni sistem Baş nazir Boris Conson hökumətinin ən əhəmiyyətli seçki vədlərindən biri idi.
Zümrüd
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ
-
MDB24 Avqust 14:45Rusiyada səfərbərliyə hazırlıq testi keçirilir - Nə baş verir?






















.jpg)













.jpg)

