Avropa
Koronavirusa görə milyonlarla gül MƏHV EDİLDİ - VİDEO
Mart ayında Niderlandda 140 milyon zanbaq məhv edilib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Bildirilib ki, bu koronavirus pandemiyası səbəbindən çiçəklərə tələbatın azalması ilə əlaqədardır.
Ailənin təsərrüfat direktoru Frank Uittenboqard 200 min zanbağı məhv etmək məcburiyyətində qaldığını deyib.
“Həqiqətən ağırdır. Bu il çox keyfiyyətli güllərimiz var idi. Çiçəklərin necə məhv edildiyini seyr edə bilmədim, velosipedimə mindim və ərazidən ayrıldım”, - deyə o, açıqlamasında qeyd edib.
“Royal Flora Holland” şirkətinin beynəlxalq satış meneceri Fred van Tollun sözlərinə görə, son bir ay ərzində ölkədə 400 milyon çiçək məhv edilib.
Lalə mövsümü mart ayında başlayır və təxminən səkkiz həftə davam edir. Çiçək satışından gündəlik orta gəlir 30 milyon dollardır.
Hazırda Niderlandda kiçik çiçək mağazalarının fəaliyyətinə icazə verilir. Odur ki, yerli bazara yönəlmiş istehsalçılar və distribütorlar hələ də çiçək sata bilər. Lakin beynəlxalq ticarətdən asılı olan müəssisələr üçün vəziyyət daha pisdir.
“Barendsen” çiçək ixracat şirkətinin sahibi Yan de Bur mövsümi gəlirinin 90 faizini itirdiyini söyləyib. Adətən ilin bu vaxtında onun 60 işçisi olur, indi isə yalnız altı nəfərdir. Lakin hökumət maaşların ödənilməsi üçün vəsait ayırıb, odur ki, vəziyyət hələ də onun biznesi üçün fəlakətli olmayıb.
Bundan əlavə, bu il koronavirus səbəbilə ölkənin ən böyük çiçək parkı olan Keukenhof bağlanıb. Lalələrin çiçəklənməsi zamanı park adətən ildə 1.5 milyon ziyarətçi qəbul edir. Mövsümdən əldə olunan gəlirlər orta hesabla 25 milyon dollardır. Hazırda çiçəklənən lalələrə yalnız “Keukenhof Virtually Open” veb saytında baxmaq mümkündür.
Niderlandda 12 aprel tarixində koronavirusa 24,4 mindən çox yoluxma, 2643 ölüm hadisəsi qeydə alınıb. Məktəblər, restoranlar, əyləncə mərkəzləri, muzeylər aprelin 28-dək bağlıdır. İyunun 1-dək əksər tədbirlərin keçirilməsi qadağandır.
Aytən Məftun
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN














.jpg)


























