Avropa
Aİ-Böyük Britaniya danışıqları uğursuz nəticələnə bilər - Merkel
"Avropa İttifaqı ilə Böyük Britaniya arasında Brexit məsələsinə dair qarşıdakı danışıqlar uğursuzluqla nəticələnə bilər".
Publika.az xəbər verir ki, bunu Almaniyanın Federal kansleri Angela Merkel Bundestaqda çıxışı zamnı deyib.
O bildirib ki, Aİ-də və Almaniyada siyasətçilər danışıqların uğursuzluqla nəticələnəcəyi variantına hazır olmalıdırlar.
Kansler bunun baş verməməsi üçün əlindən gələni edəcəyinə söz verib.
Bildirək ki, danışıqlar bazar ertəsi, iyunun 29-da başlayıb və 5 həftə ərzində davam edəcək.
Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqının tərkibindən de-yure 2019-cu il yanvarın 31-də çıxıb. Lakin, eyni zamanda, Brüssel və London bundan sonrakı münasibətlərə dair danışıqların keçirilməsi barədə razılığa gəliblər. Cari ilin sonunadək danışıqlar keçirilməli və bundan sonrakı münasibətlərə dair planlar təsdiq edilməlidir. Razılıq əldə olunmayacağı təqdirdə Aİ ilə Böyük Britaniya arasında münasibətlər Ümumdünya Ticarət Təşkilatı tərəfindən nizamlanacaq ki, bu da yüksək tariflər nəzərdə tutur və bütün Avropanın iqtisadiyyatı üçün böyük itkilərlə nəticələnə bilər.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








