Avropa
Məşhur pivə barı Merkeli “qara siyahı”ya saldı
Berlinin əfsanəvi pivə barı olan “Ständige Vertretung” koronavirus infeksiyasına görə ölkədə tətbiq ediləcək karantinə görə kansler Angela Merkel və bir sıra almaniyalı siyasətçiləri “qara siyahı”ya salıb.
Publika.az xəbər verir ki, bu barədə barın müdiriyyəti adından feysbukda yayılan açıqlamada qeyd olunub. Onlar hökuməti səmərəsiz fəaliyyətdə günahlandırıblar.
“Aprel ayından etibarən əhalini və iqtisadi vəziyyəti ikinci dalğaya hazırlamaq lazım idi. Xəstəxanaların gərgin işləyəcəyi, yoluxma ocaqlarının dəqiq yerinin tapılmaması əvvəlcədən məlum idi. Bu, ciddi iş deyil, aksionizmdir.
Qastronomiyanı bağlayaraq iqtisadiyyata qənaət etdiyinizi ciddi şəkildə iddia edirsiniz? 2,5 milyondan çox insanın işlədiyi yerlər iqtisadiyyata aid deyilmi? .. Məlumdur ki, bir çox siyasətçi qonağımızdır. Bu siyasətçilərdən bəziləri dünən qastronomiya müəssisələrini yenidən bağlamaq qərarına gəldilər. Bu siyasətçiləri dərhal “qara siyahıya” əlavə edəcəyik” deyə, barın rəhbəri Yorn Peter Brinkmann bildirib.
Qeyd edək ki, siyahıda kanslerlə yanaşı Maliyyə naziri Olaf Şolz, Bavariyanın Baş naziri Markus Zoder, Berlinin burqomistri Mixael Müller də var.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)

















.jpg)
.jpg)

