Avropa
300 illik Cəbəllütariq problemi yenidən alovlandı - yanvarın 1-dən...
İspaniya, İngiltərə və Cəbəllütariq muxtar hökuməti “Brexit”in qüvvəyə minəcəyi 1 yanvar 2021-ci il tarixindən etibarən Avropa İttifaqının (Aİ) cənub sərhədi olacaq Cəbəllütariqlə əlaqəli bəzi məsələlərdə razılıq əldə etsə də, danışıqlar davam edir.
Publika.az xəbər verir ki, təxminən 34 min insanın yaşadığı və 6,7 kvadrat kilometrlik ərazisi olan Cəbəllütariq qida ehtiyacları baxımından tam şəkildə xaricdən asılıdır.
Razılaşma əldə olunmazsa, Cəbəllütariq və İspaniya arasındakı mal mübadiləsi yanvarın 1-dən etibarən ciddi iqtisadi təsirləri olan tariflərə əsasən aparılacaq. 10 ay davam edən danışıqlar zamanı tərəflər noyabr ayında İspaniya tərəfində yaşayan və iş üçün hər gün Cəbəllütariqə daxil olan təxminən 15 min Aİ vətəndaşının (onlardan 10 mini ispaniyalıdır) gündəlik giriş və çıxış icazələrinin qanuni əsaslarını qəbul ediblər.
İspaniyanın “El Pais” qəzeti “Brexit”in rəsmi olaraq qüvvəyə minəcəyi 1 yanvar tarixindən etibarən Cəbəllütariq sərhədində qanuni keçid hüquqları barədə razılığın əldə edildiyini iddia edib. Qəzetdə yer alan xəbərdə Cəbəllütariqin ilk dəfə Şengen müqaviləsinə daxil ediləcəyi və yarımadada yaşayanların İspaniya və 26 Şengen ölkəsinə sərbəst girişlərinə icazə veriləcəyi bildirilib.
Qeyd edilib ki, yalnız Cəbəllütariq polisi və Aİ sərhəd təhlükəsizlik bölməsi “Frontex”in yanvarın 1-dən etibarən Cəbəllütariqdəki liman və hava limanlarına nəzarət edəcək və İspaniya polisi bölgəni müvəqqəti tərk edəcək.
Akqabay
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








