Avropa
20 Yanvar şəhidlərinin xatirəsi Parisdə yad edildi - FOTO
Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
Publika.az xəbər verir ki, əvvəlcə səfirliyin, daimi nümayəndəliyin əməkdaşları, Sen-Klu şəhərinin merinin 1-ci müavini Seqolen dö Larmina, eləcə də bu ölkədəki diaspor üzvləri Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib, əklil qoyublar. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Elman Abdullayev çıxış edərək builki anım tədbirinin fərqli olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sayəsində bu il şəhidlərimizin xatirəsini qürurla qeyd edirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Onlar Qanlı Yanvarın ildönümündə Cümhuriyyət qurucularının qəbirlərinin ziyarət edilməsinin rəmzi məna daşıdığını deyiblər.
Tədbirdə 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsində, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında, beynəlxalq aləmdə tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib. 20 Yanvar hadisələrinin qəhrəmanlıq salnaməsi olduğu vurğulanıb.
Bildirilib ki, 31 il əvvəl - Qanlı Yanvar günü tanklar, ağır artilleriya Azərbaycan xalqının iradəsini, müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Şəhidlərimiz bir daha göstərdilər ki, xalqımız ata-babalarımızın müstəqillik ruhunu davam etdirirlər. 20 Yanvar milli iradəmizin zəfər çaldığı gündür.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)

















.jpg)
.jpg)

