Avropa
Yunanıstandan Türkiyəyə qarşı çirkin addım - Afina müharibəyə hazırlaşır?
Yanvarın 25-də məsləhətləşmə danışıqlarının başlamasının ardından beynəlxalq sular da daxil olmaqla, Egey dənizində sualtı fəaliyyətini davam etdirən Yunanıstanın bölgədə "Şimşek-21" adlı təlim keçirdiyi ortaya çıxıb.
Publika.az-ın məlumatına görə, bir çox mütəxəssislər Afinanın müharibəyə başlamaq üçün addımlar atdığını bildiriblər.
Bu arada, "TCG Çeşme" tədqiqat gəmisi Egeyin şimal sularında hidroqrafik sahədə elmi və texniki araşdırmalara başlayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri gəminin illik planlaşdırılmış fəaliyyət proqramı çərçivəsində 2 mart tarixinə qədər Şimali Egeydə elmi və texniki araşdırmalar aparacağını vurğulayıb.
Nazirlik mənbələri 2020-ci ilin noyabr-dekabr aylarında Yunanıstan donanmasına bağlı olan "HS Naftilos" tədqiqat gəmisinin Lesbos adasının şimalında və qərbində, Saqqız və Ahikerya adalarının şimalında beynəlxalq sular da daxil olmaqla, oxşar tədqiqatlar apardığını qeyd ediblər.
Türkiyə ilə Yunanıstan arasında məşvərətçi toplantı başlamasından sonra Krit və Peloponnes arasındakı beynəlxalq sularda dəniz sahələrini əhatə edən bölgələrdə - yanvarın 25-dən sonrakı dövrə qədər altı araşdırma qaynağı reallaşdırıldığına diqqət çəkilib: "Hazırda Yunanıstan 18 fevral 2021-ci il tarixli NAVTEX elanı ilə Kritin şimalında başlatdığı və bitmə tarixi məlum olmayan sualtı çalışmalara davam etməkdədir".
"TCG Çeşme"nin fəaliyyətinin beynəlxalq hüquqa və qarşılıqlı razılaşmalara tam uyğun olduğunu vurğulayan mənbələr bunları qeyd ediblər:
"Yunanıstanın gərginliyi artıran hərəkətlər etdiyimizlə bağlı açıqlamaları həqiqəti əks etdirmir. Ölkələrimiz arasındakı məşvərətçi danışıqların bu dövründə beynəlxalq ictimaiyyəti açıq şəkildə aldatmaq niyyəti ilə Yunanıstanın dediyi bu ifadələr təəssüf və təəccüblə izlənilir. Bu, Yunanıstanın məsələnin danışıqlar və dialoq yolu ilə həll olunmasını istəməyən münasibətinin açıq göstəricisidir".
Qeyd edək ki, Yunanıstan 25 yanvar tarixindən bəri İskiri adasının şimal-qərbindəki beynəlxalq sular daxilində 20 gəmi və bir çox hava vasitələri ilə "Şimşek-21" təlimini başladıb. 10-17 fevral tarixlərindəki fəaliyyətlər Bozbaba, Səmadirək, Limni, Tasos, Lesbos, Saqqız adası, İpsara, Ahikeria və Samos adalarının ərazi sularını əhatə edib.
Akqabay
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
















.jpg)




















