Avropa
Bu gün Avropa İttifaqına üzv dövlәtlәrin zirvә görüşü baş tutacaq
Avropa İttifaqına üzv dövlәtlәrin liderlәri bu gün başlayacaq vә iki gün davam edәcәk zirvә görüşündә yeni növ koronavirusa qarşı hazırlanan peyvәndlәrin yavaş paylanması, Türkiyә ilә münasibәtlәr vә Rusiya mәsәlәsini müzakirә edәcәk.
Publika.az xəbər verir ki, Avropa ölkәlәrindә koronavirusa yoluxanların sayının artması sәbәbindәn videokonfrans formatında keçirilәcәk zirvә görüşü günortadan sonra başlayacaq.
Zirvә görüşünün ilk sessiyasında koronavirusa qarşı peyvәndlәrin çatdırılmasının sürәtlәndirilmәsi, peyvәnd sertifikatı ilә bağlı texniki araşdırmalar, peyvәnd hazırlayan şirkәtlәrin Avropa İttifaqı ilә bağladığı müqavilәlәrә әmәl etmәlәri kimi mövzular gündәmә gәlәcәk.
Avropa İttifaqına üzv dövlәtlәrin liderlәri beynәlxalq münasibәtlәri dә müzakirә edәcәk. Bu çәrçivәdә ilk olaraq Türkiyә ilә münasibәtlәr vә Şәrqi Aralıq dәnizi mövzusunun müzakirəsi gözlәnilir.
Liderlәrin zirvә görüşündәn sonra yayımlayacağı birgә bәyannamәdә Türkiyә ilә xüsusilә ticarәt әlaqәlәrinin güclәndirilməsi ilə bağlı fikirlәrin yer alması nәzәrdә tutulur.
Zirvә görüşündә Avropa İttifaqı Şurası vә Avropa İttifaqı Komissiyasının Türkiyә ilә miqrasiya mövzusu ilә bağlı әldә olunan müqavilәnin hazırkı şәrtlәrә uyğunlaşdırılması mövzusundakı müzakirәlәrә başlamaq üçün üzv ölkәlәrdәn icazә almaları gözlәnilir.
Liderlәr suriyalılara ev sahibliyi etdiyi üçün Türkiyәyә daha çox maliyyә dәstәyi verilmәsi, rәsmi Ankara ilә yüksәk sәviyyәli iclaslar vә diplomatik görüşlәrin artırılması mövzularını da vurğulayacaqlar.
Qeyd edәk ki, zirvә görüşünün ilk günündә Amerika Birlәşmiş Ştatlarının prezidenti Co Bayden videokonfrans formatında çıxış edәcәk.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO











.jpg)





.jpg)
















.jpg)


