Avropa
London Lukaşenkonu HƏDƏLƏDİ: Ciddi nəticələr olacaq
Belarus müxalifətçi, "Nexta" Teleqram kanalının qurucusu Roman Protaseviçin həbsinə dair Belarusun addımı ciddi nəticələrə səbəb olacaq.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab deyib.
"Böyük Britaniya Roman Protaseviçin həbsi və təyyarənin Minskdə məcburi enişi səbəblərindən narahatdır. Addımlarımızı müttəfiqlərimizlə müzakirə edirik. Lukaşenkonun bu qəribə hərəkəti ciddi nəticələrə səbəb olacaq", - deyə Britaniyanın xarici işlər naziri Tvitter hesabında yazıb.
Qeyd edək ki, Afinadan Vilnüsə uçan təyyarə Minskdə təcili eniş edib. Əvvəlcə bildirilib ki, təyyarədə bomba var və axtarış aparılacaq. Daha sonra bomba məlumatının yalan olduğu üzə çıxıb. Əvəzində isə təyyarədə olan “Nexta” Teleqram kanalının keçmiş rəhbəri, Belarusun ekstremist elan etdiyi Roman Protaseviç saxlanılıb.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
















.jpg)



















.jpg)
.jpg)

