Avropa
Natali Qule: “Fransa ermənilərdən mina xəritəsini istəməlidir”
Fransa senatoru Natali Qule özünün “Twitter” səhifəsində Kəlbəcər rayonunda mina partlaması nəticəsində zamanı həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı paylaşım edib.
Publika.az xəbər verir ki, paylaşımında fransalı senator ötən həftə Bakıda və Ağdamda olduğunu bildirib. Qeyd edib ki, o, minalanmış əraziləri öz gözləri ilə görüb. “Minalanmış ərazilərin çox geniş sahəni əhatə etdiyni bilirəm. Burada Cənubi Koreya ilə Şimali Koreya arasındakı demilitarizasiya zonasındakından daha çox mina basdırılıb”, - deyə paylaşımda bildirilib.
Kəlbəcərdə mina partlayışı nəticəsində həyatını itirmiş 2 jurnalistin – Sirac Abışovun və Məhərrəm İbrahimovun ailələrinə dərin hüznlə başsağlığı verən Natali Qule yazıb: “Ermənilər minalanmış ərazilərin xəritələrini dərhal Azərbaycana verməlidirlər. Beynəlxalq birlik və xüsusilə Fransa Ermənistanın xeyrinə apardıqları siyasəti dayandırmalıdır. Beynəlxalq birlik ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardım etməli, ədalətli və balanslaşdırılmış yanaşma ilə sülh prosesinə dəstək verməlidir.
Avropalı həmkarlarımı seçkilər xatirinə erməni lobbisini dəstəkləmək əvəzinə, Azərbaycana səfər etməyə çağırıram”.
-
Avropa10:06Rusiya Estoniyanı da vuracaq? - Prezident "hazırlıq" mesajı verdi
-
MDB09:57Bu dron ukraynalıların baş ağrısına çevrildi - Ruslar ona "Knyaz Vandal" deyirlər
-
Ekologiya09:38Bu təbii fəlakət ölkələrə trilyonlarla dollar ziyan vuracaq
-
Nida Xəbər 09:27Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu
-
Magazin207:47Ceyson Stethemin sevgilisi dekolteli transparan libasda - FOTO


















.png)












.jpg)
.jpg)