Avropa
Buna imkan verməyəcəyik - Zelenski
"Sea Breeze 2021" təlimləri Rusiyanın təcavüzkar addımları səbəbilə Qara dəniz bölgəsində güclənən hərbi təhdidlərə qarşı həmrəyliyimizi göstərir. Qara dənizdə üzmək azadlığının məhdudlaşdırılmasına imkan verməyəcəyik. Təlim həmçinin Ukraynanın sahil dövləti kimi suverenliyinə edilən təhdidlərə icazə verməyəcəyimizi nümayiş etdirir.
Publika.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, Ukrayna Donanmasının inkişafına xüsusi diqqət göstərdiklərini bildirib:
"Builki təlimlər "Sea Breeze 2021" təşkil olunmağa başladığı tarixdən bəri ən böyük təlim olaraq qeyd edildi. Hərbi Dəniz Qüvvələrimizin heyəti iştirakçı ölkələrin qoşunları ilə birlikdə dənizdəki gücümüzü artırmağa davam edir", - Zelenski əlavə edib.
Qeyd edək ki, iyunun 28-dən başlayan və 10 iyula qədər davam edəcək "Sea Breeze 2021" təlimində 30-dan çox NATO üzvü iştirak edir. Təlimdə 5 min əsgərdən əlavə 32 gəmi, 40 təyyarə və 18 xüsusi təyinatlı qüvvələrdən ibarət qrup iştirak edir. Təlim 1997-ci ildən bəri keçirilir.
Akqabay
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































