Avropa
Makronun malikanəsi üzərində pilotsuz təyyarələr peyda oldu
Fransa Prezidenti Emmanuel Makronun Versaldakı iqamətgahı olan Lantern malikanəsi üzərində səmada iki pilotsuz təyyarə görüntülənib.
Publika.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb.
Bildirilib ki, Makronun özü həmin vaxt iqamətgahda olub.
Qəzetin məlumatına görə, insident dünən yerli vaxtla saat 22:00-dan sonra baş verib. Pilotsuz təyyarələr qonşu Şene şəhəri istiqamətində itib. Jandarm təyyarənin kimə məxsus olduğunu müəyyən edə bilməyib.
Qeyd edək ki, bu, pilotsuz təyyarələrin Fransa prezidentinin ciddi mühafizə olunan iqamətgahının üzərində uçması ilə bağlı ilk hadisə deyil. 2020-ci ildə 22 yaşlı tələbə malikanənin yaxınlığında pilotsuz uçuş aparatını işə saldığı üçün polis tərəfindən həbs edilib. Məlum oldu ki, gənc pis niyyət olmadan hərəkət edib.
Xatırladaq ki, Fransa qanunlarına görə, bu ərazidə bütün uçuşlar qəti qadağandır.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
