Avropa
Kiyevdə sərt karantin rejimi başladı
Noyabrın 1-dən Ukraynanın paytaxtı Kiyevdə sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb.
Publika.az xəbər verir ki, Kiyevdə koronavirusdan sutkalıq ölüm halları 30-50 nəfər arasında dəyişir. Ona görə də Kiyev noyabrın 1-dən COVID-19-un yayılmasının qarşısının alınması üçün “qırmızı zona” elan edilib.
Gücləndirilmiş karantin rejiminə əsasən COVID-19-a qarşı vaksin sənədi olmayanlar ticarət-əyləncə mərkəzlərinə, restoranlara, idman, fitnes zallarına və digər kütləvi qapalı obyektlərə buraxılmayacaq. PZR və antigen testi olanlar qeyd edilən obyektlərə buraxılacaq. Həmçinin vaksin sənədi olmadan kütləvi tədbirlər keçirmək mümkün olmayacaq. Bundan başqa şəhərdaxili sərnişin avtobuslarından, metrodan vaksin, PZR və antigen testlərinin sənədlərindən biri olduğu halda istifadə etmək mümkün olacaq. Reydlər hüquq-mühafizə orqanları tərəfindən həyata keçiriləcək. Qanunu pozanların cəriməsi 17 000 qrivna (1 dollar 26,30 qrivnadır) məbləğindədir.
Uşaqlar qapalı məkanlara valideynlərinin vaksin, PZR və antigen testlərinin sənədləri olduğu halda buraxılacaq. Orta məktəblərdə təhsil onlayn rejimdə davam edəcək.
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO


























.jpg)








.jpg)

