Avropa
Portuqaliyada parlament buraxıldı, ölkə seçkilərə gedir
Portuqaliya parlamenti sosialist hökuməti tərəfindən təklif olunan 2022-ci il üçün dövlət büdcəsini rədd edib. Pandemiyadan sonrakı dövr üçün bərpa planlarına son qoyan büdcə üzrə bu fikir ayrılıqları parlamentin buraxılmasına və növbədənkənar seçkilərə səbəb olub.
Publika.az xəbər verir ki, Portuqaliya Dövlət Şurası səs çoxluğu ilə Prezident Marselu Rebelu di Sozanın parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə təklifini təsdiqləyib. Prezident yeni seçkilərin tarixini təyin edəcək, çox güman ki, bu yanvarın 30-u olacaq.
Prezident tarix seçərkən partiya seçki proseslərini nəzərə almayacağını təsdiqləyib. Keçmiş nazirlər və iş adamları da daxil olmaqla, ölkənin 117 xadimi Prezident Rebelu di Sozaya seçkilərin fevral ayında keçirilməsi ilə əlaqədar məktub ünvanlayıb.
Hakimiyyətdə qalan və istefa vermək niyyətində olmayan sosialist Antoniu Kosta hökuməti artıq seçkilərin mümkün qədər tez bir zamanda keçirilməsinin tərəfdarı olduğunu bildirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
