Avropa
Slovakiyada sərt karantin elan olundu
Slovakiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq noyabrın 25-dən etibarən ölkə üzrə iki həftəlik sərt karantin rejimi elan edib.
Publika.az xəbər verir ki, baş nazirin müavini Ruxard Sulik Nazirlər Kabinetinin iclasından sonra bu barədə məlumat verib. Qeyd edilib ki, hökumətin iclasından öncə lokdaunun koronavirusa qarşı peyvənd olunmuş şəxslərə şamil olunmayacağına dair xəbərlər dolaşsa da, lokdaunun bütün əhali üçün keçərli olacağı məlum olub.
Qonşu Avstriya ilə bənzər qaydada sərt karantin rejimi tətbiq olunan Slovakiyada lokdaun dövründə uşaq bağçaları və məktəblər fəaliyyətlərini müntəzəm testlər əsasında davam etdirəcəklər. İki həftə boyunca gündəlik tələbat mallarının satışı istisna olmaqla bütün ictimai-iaşə, qastronomiya obyektləri bağlı olacaq, kütləvi tədbirlərə icazə verilməyəcək.
Qeyd edək ki, pandemiya başlayandan bəri Slovakiyada koronavirusa yoluxma hallarının ən yüksək göstəricisi – gündəlik 10 mindən artıq yoluxma qeydə alınıb. Bu isə 5,5 milyon əhalisi olan ölkə və onun səhiyyə sistemi üçün arzuolunmaz göstəricidir.
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO


























.jpg)








.jpg)

