Avropa
Fransa senatoru Soçi bəyanatını DƏSTƏKLƏDİ - VİDEO
26 noyabr 2021-ci ildə Azərbaycan və Rusiya Prezidentləri ilə Ermənistan Baş naziri arasında keçirilən görüşün sonunda növbəti Üçtərəfli Bəyanat imzalandı. Fransa senatoru, Azərbaycanın yaxın dostu Natali Qule öz bloqunda Soçi görüşünə və qəbul edilmiş Bəyanata öz münasibətini bildirib.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Cavanşir Feyziyev məlumat verib.
Senator Natali Qulenin münasibəti aşağıdakı mətndə öz əksini tapır:
"Sabahınız xeyir. Mən, Natali Qule Fransa senatoruyam. Dünən Rusiya prezidenti Putinin moderatorluğu ilə Ermənistan və Azərbaycan arasında imzalanmış Bəyanatı dəstəkləyirəm.
Onu da qeyd etmək istərdim ki, sülhə nail olunması tərəflərin özlərindən asılıdr və bu mənada siyasi partiyaları sülhə yox, müharibəyə sürükləyən və heç də sülhə xidmət etməyən erməni lobbisinin fəaliyyəti xüsusi narahatlıq doğurur. Məsələnin həlli xaricdən yox, Azərbaycan və erməni xalqlarının özlərindən asılıdır. Bu baxımdan dünən əldə olunmuş razılaşmalar bölgədə sülhün və sabitliyin təmin olunması üçün böyük addımdır. Mən belə bir razılaşmanın əldə olunmasından çox şadam və ümidliyəm. Hesab edirəm ki, bu çox vacib addımdır. Amma çox istərdim ki, bütün dünyada erməni lobbisi hazırkı proseslərə mane olmaq istiqamətindəki fəaliyyətini dayandırsın. Əvvəllər də dediyim kimi, onların fəaliyyəti hər hansı bir nəticənin əldə olunmasını şübhə altına qoyur.
Mən bölgədə yaşayan bütün insanlara ən xoş arzularımı çatdırıram. Bildiyiniz kimi, mən Azərbaycanı və onun ərazini bütövlüyünü dəstəkləyirəm".
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
