Avropa
İsveçrədə hökumətin yeni tərkibi təsdiqləndi
Dekabrın 8-də İsveçrədə Birləşmiş Federal Məclis yeni federal hökuməti seçib.
Publika.az xəbər verir ki, xarici işlər naziri İnyasio Kassis bir il müddətinə Federal Prezident seçilib. Federal Məclisdə 197 nümayəndədən 156 nəfər onun lehinə səs veriblər. Vitse-prezident vəzifəsinə isə daxili işlər və səhiyyə naziri Alen Berset seçilib. Hökumətin digər üzvləri isə tutduqları vəzifələri davam etdirdiklərinə görə, həmin postlara seçki keçirilməyib.
Qeyd edək ki, 2017-ci ildə Didye Burkhalterin postuna federal hökumətə seçilən İ.Kassis indiyədək xarici işlər naziri vəzifəsini icra edirdi. 60 yaşlı siyasətçinin namizədliyi İsveçrə Liberallar Partiyası tərəfindən irəli sürülüb və bütün parlament partiyaları tərəfindən dəstəklənib. İtalyan kökənli İ.Kassis İsveçrədə doğulsa da, 1976-cı ildə İsveçrə vətəndaşlığını əldə edib.
İsveçrədə Federal Prezident reprezentativ status daşıyır və nazirlər kabinetinin iclaslarına sədrlik edir. İ.Kassis vəzifə səlahiyyətlərinin icrasına gələn il yanvarın 1-dən başlayacaq.
Elgün Niftəli
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR











.jpg)

.jpg)



.jpg)





















