Avropa
Odessaya raket zərbələri nəticəsində ölənlərin sayı kəskin artdı - VİDEO - (YENİLƏNDİ)
Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.
Publika.az “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Qeyd edilir ki, doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb, üçü uşaq olmaqla, daha 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib.
Məlumata görə, ikinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. Raket zərbəsi istirahət mərkəzinin üç və dördmərtəbəli binalarının qismən dağılmasına səbəb olub, nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.
xxx
03:43
Odessa vilayətində Rusiyanın yeni raket hücumu həyata keçirilib.
Publika.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk məlumat verib.
"Odessa vilayəti düşmən raketi ilə vurulub. Təəssüf ki, ölənlər var. Təfərrüatlar - sonra", - o bildirib.
Hadisə Pivden əməliyyat komandanlığında jurnalistlərə də təsdiqlənib.
"Zəbə endirilib. Ölənlər var", - komandanlıq qeyd edib.
Sosial şəbəkələrdə yerli sakinlər yazır ki, düşmən raketi çoxmərtəbəli yaşayış binasını dağıdıb. Dağıntılar altında insanlar qalıb. İstirahət mərkəzinə də ziyan dəydiyi, bir çox binaların pəncərə şüşələrinin qırıldığı bildirilir.
Xatırladaq ki, Rusiya Federasiyası ilə Ukrayna arasında genişmiqyaslı müharibə fevralın 24-də səhər tezdən başlayıb.Rusiya hərbçiləri Odessa vilayətini dəfələrlə atəşə tutublar, itkilər, yaralananlar və dağıntılar olub.
İyunun 30-da məlum olub ki, rus hərbçiləri Odessa vilayətinə iki raketlə hücum ediblər, dağıntı və tələfat olmayıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
