Avropa
Kraliçanın vəzifələri azaldıldı
“Daily Mail” qəzeti saraydakı mənbəyə istinadən xəbər verir ki, Bukinqam sarayı son on ildə ilk dəfə kraliça II Yelizavetanın bir sıra vəzifələrini azaldıb.
Publika.az xəbər verir ki, Britaniya kraliçası dövlət başçısı kimi müəyyən vəzifələri yerinə yetirməlidir, o cümlədən parlamentin rəsmi açılışı, baş nazirin təyin edilməsi, habelə dövlət səfərləri və digər dövlətlərin başçılarını qəbul etmək öhdəliklərini daşıyır. Qəzetin yazdığına görə, Kraliçanın oğlu Uels Şahzadəsi ən məsuliyyətli rəsmi vəzifələrini üzərinə götürəcək. Həmçinin Parlamentin rəsmi açılışı kimi bəzi digər vəzifələr tamamilə ləğv edilib.
Qeyd edilib ki, monarxın vəzifələrinin azaldılması “dramatik” dəyişiklik deyil, yalnız yubileydən sonrakı kiçik yenilikdir.
Xatırladaq ki, II Yelizaveta 6 fevral 1952-ci ildə 25 yaşında taxta çıxıb. Məhz həmin gün onun atası Kral VI Georgi vəfat edib. O, bu il taxta çıxmasının 70-ci ilini qeyd edib və platin yubileyini qeyd edən ilk Britaniya monarxı olub. Böyük Britaniyada II Yelizavetanın hakimiyyəti dövründə Uinston Çörçilldən Boris Consona qədər. 14 baş nazir dəyişib.
1946-cı ildən 2016-cı ilə qədər 70 il 126 gün hökmranlıq etmiş Tayland kralı Bhumibol Adulyadeji geridə qoyan kraliça ən uzun müddət padşahlıq edən ikinci monarx kimi tarixə düşüb.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı






.jpg)







.jpg)
.webp)


.jpg)
















