Avropa
Ukraynaya dəyən ziyanın məbləği AÇIQLANDI
Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin inkişafı üçün 750 milyard dollar lazım olduğunu bildirib.
Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir İsveçrənin Luqano şəhərində Ukrayna İnkişaf Konfransında çıxış edən Denis Şmıqal Rusiyanın hücumları nəticəsində dəyən zərərdən danışıb. O, müharibənin başladığı 24 fevraldan bəri Ukraynadakı infrastruktura vurulan ziyanın 100 milyard dollara çatdığını bildirərək, ölkəsinin yenidən qurulması üçün üç mərhələli inkişaf planı həyata keçirilməsinin lazım gəldiyini deyib.
Denis Şmıqalın sözlərinə görə, ilk mərhələdə əhalinin yaşayışının normal vəziyyətə qayıtmasını təmin etmək lazımdır. İkinci mərhələdə müvəqqəti evlər, xəstəxana və məktəb binaları tikilməsi, üçüncü mərhələdə isə ölkənin inkişaf planının həyata keçirilməsi nəzərdə tutulur. İnkişaf planının reallaşmasına 750 milyard dollar lazım olduğunu vurğulayan Şmıqal sual edib: “Bu yenidənqurma planı üçün lazım olan pulu kim ödəyəcək?”.
Konfransda çıxış edən Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ukraynanın müharibə sonrası yaralarının sağaldılması üçün Aİ-nin özəl bir platforma yaradacağını deyib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




















.webp)













.jpg)


