Avropa
Hava limanında minlərlə turistin çamadanları itdi
Avropa hava limanlarında xaotik vəziyyət turistlər üçün problemlər yaranmağa davam edir, təkcə gəlişlər və gedişlər deyil, baqajın çatdırılması da indi əsl fəlakətə çevrilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa mediası bir-birinin ardınca baqaj qalmaqalından yazır. Bildirilir ki, turistləri baqajlarını qoyub yalnız əl yükü ilə uçmağa sövq edirdilər, təyyarədən enənlərə çamadanlarını almaq üçün ən azı 12 saat hava limanında gözləməli olduqları barədə xəbərdarlıq edilib. Çoxları isə ümumiyyətlə çamadanlarını tapa bilmir. Bütün bunlar iğtişaşlara səbəb olub.
Baqajın boşaldılması və yüklənməsində yaranan problemlər pandemiya zamanı işçilərin kütləvi ixtisarı və işçi çatışmazlığı problemi ilə əlaqələndirilir. Uçuşların gecikmələri və reysə gözləniləndən xeyli tez gələn turistlərin çaxnaşması vəziyyəti daha da ağırlaşdırır.
“Baqajın yüklənməsi və boşaldılması faktiki olaraq pozulub, buna görə də böyük növbələr və çaxnaşma var. Turistlərdən çamadanlarını tərk etmələri və yalnız əl yükü ilə səyahət etmələri xahiş olunur, iki gün ərzində baqaj göndəriləcəyinə söz verilir. Əsl stressdir” , - “The Sun” turistlərin şikayətlərinə istinad edir.
Baqajın çatdırılması ilə bağlı verilən vədlərin isə həqiqətən də özünü doğrultmadığı bildirilib.
Aytən Məftun
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)