Avropa
Prezident Draqinin istefa məktubunu RƏDD ETDİ
İtaliya prezidenti Sercio Mattarella baş nazir Mario Draqinin istefasını qəbul etməyib.
Publika.az xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat verib.
Mattarellanın Draqi ilə bu gün Quirinal sarayında görüşdüyü bildirilir.
"Prezident istefanı qəbul etməyib və Senatın bu gün keçirilən iclası nəticəsində yaranmış vəziyyəti qiymətləndirmək üçün baş naziri parlamentə gələrək çıxış etməyə dəvət edib", - məlumatda deyilir.
Qeyd olunub ki, İtaliya parlamentində mövcud hökumətin əksəriyyətin dəstəyini alıb-almadığını göstərəcək ayrıca səsvermə keçirilməlidir.
Qeyd edək ki, bu gün Draqi etimadsızlıq səsverməsindən sonra vəzifəsini qoruyub. Lakin koalisiyanın əsas müttəfiqi olan Beş Ulduz Hərəkatının səs verməkdən imtina etməsi ilə hökumətin gələcəyi sual altına düşüb.
Bununla əlaqədar olaraq, Draqi milli birlik hökumətini dəstəkləyən etimad paktının artıq qüvvədə olmadığını və istefa verdiyini açıqlayıb.
Hüseyn İbadlı
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir


































