Avropa
İtaliyada SİYASİ BÖHRAN: milli birlik fəaliyyətini dondurdu, parlament buraxıldı
İtaliya prezidenti Sercio Mattarella baş nazir Mario Draqinin istefasından sonra parlamenti buraxıb.
Publika.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, Mattarella bu gün parlamentin hər iki palatasının rəhbərini dinləyib və ölkə konstitusiyasına uyğun olaraq, Respublika Senatının və Deputatlar Palatasının buraxılması haqqında fərman imzalayıb.
Xatırladaq ki, bu gün İtaliyanın baş naziri Mario Draqi yenidən istefa verib və bu dəfə prezident bunu qəbul edib.
Bundan əvvəl Senat ona etimad göstərib, lakin baş nazir hesab edir ki, milli birlik hökumətini dəstəkləyən pakt fəaliyyətini dayandırıb və hökuməti yenidən işə salmaq lazımdır. Xüsusilə, koalisiyaya daxil olan əsas “Beş Ulduz Hərəkatı” partiyasından olan deputatların səsvermədə iştirak etməməsi səbəbindən.
Hüseyn İbadlı
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir


































