Avropa
İtaliyada növbədənkənar seçkilərin tarixi açıqlandı
İtaliyada növbədənkənar ümumi seçkilərin sentyabrın 25-də keçirilməsi qərara alınıb.
Publika.az xəbər verir ki, İtaliyada ötən həftə başlayan və Baş nazir Mario Draqinin istefası ilə nəticələnən hökumət böhranından sonra Prezident Sercio Mattarella parlamenti buraxıb və 70 gün ərzində növbədənkənar ümumi seçkilərin keçiriləcəyini açıqlayıb.
İtaliya Prezidenti Sercio Mattarella əvvəlcə Baş nazir Mario Draqinin istefasını qəbul edib, sonra Senatın sədri Maria Elisabetta Alberti Kasellati və Nümayəndələr Palatasının sədri Roberto Fiko ilə görüşlər keçirib.
Sercio Mattarella daha sonra mətbuat qarşısında çıxış edərək konstitusiyada göstərildiyi kimi 70 gün ərzində növbədənkənar seçkilərin keçirilməsi üçün parlamentin buraxılması haqqında fərman imzaladığını deyib. İtaliya Prezidenti 18 aydır hökumətə rəhbərlik edən Mario Draqiyə təşəkkür edib. Bildirib ki, Mario Draqinin rəhbərlik etdiyi hökumət yeni hökumət formalaşana qədər seçkilərin keçirilməsi də daxil olmaqla bütün məsələlərin öhdəsindən gəlməyə çalışacaq.
Baş nazir Mario Draqinin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında isə seçkilərin sentyabrın 25-də keçirilməsinə qərar verilib. Bununla da, ölkədə seçki kampaniyası dövrü başlayıb.
Qeyd edək ki, İtaliyada ümumi seçkilərin 2023-cü ilin ilk aylarında keçirilməli idi. 1946-cı ildən respublika idarəetmə sisteminə keçən ölkədə o vaxtdan bəri ilk dəfə olaraq payızda seçkilər keçiriləcək.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
