Avropa
III Çarlz bu tarixdə rəsmən Britaniya kralı elan ediləcək
III Çarlz sentyabrın 10-da, şənbə günü anası kraliça II Elizabetin ölümündən sonra rəsmi olaraq Britaniya taxtına çıxacaq.
Publika.az xəbər verir ki, bu barədə “Independent” və “BBC” məlumat yayıb.
Bundan əvvəl mərasimin sentyabrın 9-da baş tutacağı bildirilirdi.
73 yaşlı Çarlz kraliçanın ölümündən sonra taxtın keçmiş varisi kimi avtomatik olaraq kral olub. Lakin “İndependent” yazır ki, ənənəyə görə, Varislik Şurası tərəfindən rəsmi mərasim keçirilməlidir. Onun iştirakçıları monarxın ölümündən sonra 24 saat ərzində Müqəddəs Ceyms Sarayına toplaşmalıdırlar.
Qəzet qeyd edir ki, hazırlıq üçün kifayət qədər vaxt olmadığı üçün mərasim bu dəfə daha sonra ediləcək. Eyni zamanda, Şura Kraliçanın ölümündən sonra parlamentin ilk iclasından əvvəl baş tutmalıdır və onun öz növbəsində, mümkün qədər tez toplanması tələb olunur.
Tarixən Vərəsəlik Şurasında yeni kralın rəsmi elanına nəzarət edən monarxın məsləhətçilərindən ibarət bütün Gizli Şura iştirak edir. “Lakin onların sayı 700-dən çox olduğu üçün məhdudiyyətlər tətbiq edilib. Ümumilikdə, mərasimdə iştirak etmək üçün Gizli Şuranın 200 üzvü dəvət olunub”, – “Independent” yazır.
Kraliça II Elizabet 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Bundan əvvəl həkimlər onun səhhətindən narahat olduqlarını bildiriblər və onun müşahidə altında qalmasını tövsiyə ediblər.
Onun oğlu, 73 yaşlı şahzadə Çarlz avtomatik olaraq kral olub və III Çarlz adını alıb.
Səxavət
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
