Avropa
Britaniyalı teleaparıcılar Liz Trassı tanımadı - İngilislərin ŞOK REAKSİYASI
Böyük Britaniyanın “Ninth Channel” kanalının aparıcıları II Elizabetin dəfn mərasimindən reportaj hazırlayarkən ölkənin baş naziri Liz Trassı tanımayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Liz Trassın Londondakı Vestminster abbatlığında maşından düşməsini şərh edən jurnalistlər Piter Overton və Treysi Qrimşou monarxın dəfn mərasiminə dəqiq kimin gəldiyini müəyyən etməkdə çətinlik çəkiblər.
“Beləliklə, bu, bir növ mühüm kortejdir, bizə deyirlər” deyən jurnalistlər izah etməyə başlayıblar və onun kimə aid olduğunu başa düşmək üçün izləyicilərə müraciət ediblər.
“Gəlin birlikdə maşından kimin düşdüyünü anlamağa çalışaq. O, təbii ki, polisin himayəsindədir. Güman edərdim ki, bu, kral ailəsindən biri Treysidir” - deyə Piter Overton efirdə bildirib.
O, “kral ailəsinin gənc nümayəndəsinin” maşından düşdüyü qənaətinə gəlib, lakin kimin olduğunu dəqiq başa düşmək mümkün olmayıb.
Sosial şəbəkədə jurnalistin səhvinə dərhal reaksiya verilib. İstifadəçilər Liz Trassın fotosunu yerləşdirib və jurnalistlərdən onun kim olduğunu müəyyən etməyi xahiş ediblər.
“Hey Treysi Qrimşou, bunun kim olduğunu anlamağa kömək edə bilərsənmi? Bu, Reykyavik meri, yoxsa kral ailəsinin gənc üzvlərindən biridir?” – yazı müəllifi qeyd edib.
Akqabay
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
