Avropa
Qərb şirkətləri silah istehsalını artırmaq üçün təqaüdçüləri GERİ ÇAĞIRIR
ABŞ-da "Raytheon Technologies" zavodunun təqaüdə göndərilmiş əməkdaşları işə qaytarılıb.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Qeyd edilir ki, belə bir addım Amerika silah istehsalçısının istehsal olunan “Stinger” zenit-raket komplekslərinin sayını artırmaq istəyi ilə bağlıdır.
Ukrayna üçün 200 milyon dollarlıq silah sifarişi alan "L3Harris Technologies" isə yeni rabitə vasitələri yaratmaq və son tarixləri yerinə yetirmək üçün köhnə radiolardan kompüter çipləri çıxarır.
"Lockheed Martin" "Raytheon" ilə birlikdə istehsal etdiyi "Javelin" tank əleyhinə raketlərinin istehsalını iki dəfə, "Himars" raket qurğularının və GMLRS raketlərinin istehsalını isə 60% artırır.
Rusiya ilə gərginliyin artması fonunda "Saab" da son illərdə istehsal gücünü artırıb. Dünya üzrə 500 yeni işçi əlavə etməklə yanaşı, şirkət səmərəliliyi artırmaq üçün yeni istehsal texnologiyalarına sərmayə qoyur.
Alman şirkəti "Rheinmetall" tank sursatlarının illik istehsalını iki dəfə artıraraq ildə təqribən 70 000 ədəddən 140 000 ədədə çatdırıb. Şirkət həmçinin keçən il 70 000 artilleriya mərmisi istehsal edirdisə, bu il 110 000 artilleriya mərmisi istehsal edir. Bundan əlavə, alman istehsalçısı orta kalibrli patronların istehsalını ildə 1,2 milyondan 2,2 milyona çatdırıb.
Hüseyn İbadlı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO

















.jpg)


















.jpg)


